вторник, 7 августа 2012 г.

Olimpiadanın dizaynerləri

Son gunlərin ən diqqətçəkən hadisəsi 2012 London Olimpiadasıdır. Bir xanım olaraq mənim diqqətimi komandaların açılışda geyindikləri formalar çəkdi. Müxtəlif ölkələrin formalarını məşhur dizaynerlər hazırladı. Düşünürəm ki, bu xəbər sizin üçün də çox maraqlı olacaq. İndisə gəlin olimpiadanın ən maraqlı geyimləri ilə tanış olaq.

                                                                     AZƏRBAYCAN

İlk öncə öz millimizin geyimi ilə tanış olaq. Azərbaycan Olimpiadada Ermanno Scervino kimi məşhur bir dizaynerin hazırladığı geyimlə açılışda iştirak etdi. Millimizin geyimində istifadə olunan rənglər idman geyimi üçün seçilmiş ideal rənglərdir.


     İTALİYA

İtaliyan idmançılarını gözlənildiyi kimi Girgio Armani geyindirdi. Bunun üçün Armani EA7 Olympics adlı kolleksiya hazırladı. O bu kolleksiyada açılış geyimi, idman kostyumu və hətta aksesuar-çanta da təqdim etdi. Armani kolleksiyanı tünd goy və ağ rənlərdən istifadə edərək hazırladı.


       ABŞ

Amerikan idmançılarının da geyimi rəğbət qazanan geyimlər içərisində yer almışdır.Amerika millisini onların sevimli modaçıları olan Ralph Lauren geyindirdi. Amerikan idmaçıları üçün hazırladığı kolleksiyada Loren bütün xırdalıqları düşünmüşdür. O, eynəkləri, qalstukları və hətta dəsmalları da hazırlamışdır. Bu kolleksiya üçün seçilən rənglər ağ, qırmızı və göydür. Hər şey mükəmməl olsa da, bir skandal mövzusu idman geyimlərinin etiketində Made in China yazılması oldu.


   BRİTANİYA

Ev sahibləri olan Britaniyalıların olimpiadada geyinəcəkləri geyimləri onların sevimli modaçıları olan Stella McCartney hazırladı. Stella McCartney və Adidasın iş birliyindən zövqlü geyimlər hazırlandı. Geyimdə McCartney zümrüd yaşılı, ağ və qara rənglərdən istifadə etdi. Britaniya millisi üçün hazırlanan geyimlərdə Stella, təbii olaraq, əfsanəvi Britaniya bayrağından ilham almışdır. Lakin bu kolleksiyada qırmızı rəngin yer almaması patriot Britaniyalılar tərəfindən heç də yaxşı qarşılanmadı.


İSPANİYA

İspaniya və Rusiya millisinin geyimlərini Bosco modalar evi hazırladı. Lakin İspaniya bu mövzuda skandala imza atdı. İspaniya hakimiyyəti geyimlərin İspan yox Rus kompaniyası tərəfindən tikilməsini qəbul etmək istəmədilər. Halbuki, Bosco brendinin adını dünya arenasında tanıtdırmaq üçün millinin geyimlərini pulsuz hazırlamağı qəbul etmişdi. 


RUSİYA

Rusiya millisini artıq birinci dəfə deyilki Bosco geyindirir. Kolleksiyanın rəngləri qırmızı və ağ olaraq seçilmişdir. Kolleksiyanın hazırlanması zamanı Bosco 60 a qədər xırda detalı unutmadı. O, komanda üçün lazım ola biləcək papaq, dəsmal, xalat kimi aksesuarları unutmadı. 





                                          

1 комментарий:

  1. Choooox chox maraqli movzudur. Hec aglima gelmezdi ki, Olimpiada uchun de dizaynerlere ish tapshirilir, komanda geyimleri ile bagli. ABSH ve Azerbaycani chox beyendim, chunki mehz idman formasi deyil, sadece idman uslubunda geyinibler. Nese gozume gozel gorunduler ;)

    ОтветитьУдалить