пятница, 3 августа 2012 г.

Hündür və dabansız!



Bəzi zamanlarda moda bizə qarşı çox qəddar yeniliklər edir. Bu yeniliklərdən biri də 2008-ci ildən bəri dəbdə olan dabansız hündür ayaqqabılardır. İncə dabanlara yeni öyrəşmişkən moda bizə moda bizə sözün əsl mənasında sürpriz etdi. Bu ayaqqabılar insan anatomiyasının fiziki xüsusiyyətlətinə həqiqətən ziddir. Bu cür ayaqqabıların davamlı geyinilməsi insan orqanizmində bəzi qüsurlara səbəb ola bilər.


Dabansız ayaqqabıları 2011-2012-ci illərdə daha çox görsək də bu ayaqqabılar modaya 2008-ci ildə gəlmişdir. Bu ayaqqabıların ilk dizayneri Antonio Berardi olmuşdur. Onu ilk dəfə risk edib geyinən qadın isə Victoria Beckhamdır.


İlk dəfə Victoria geyinsə də bu trend tam bir Lady Gaga trendiydi. Və o 2010-cu ildə bu ayaqqabılardan istifadə etməyə başlayan Lady Gaga qısa müddət ərzində dabansızları favoritləri sırasına daxil etdi. Bu illər ərzində dabansız hündür ayaqqabılar Lady Gaganın adıyla xatırlanırdı. Hətta Tokiodan  Noritaka Tatehana  adlı dizayner məxsusi olaraq Lady Gagaya ayaqqabı hazırlamışdı.

Antonio Berardın ardından hündür dabansız ayaqqabıların növbəti dizayneri Alexandr McQueen oldu.






Hündür dabansız ayaqqabıları yalnız Victoria Beckham və Lady Gagada və podyumlarda deyil digər tanınmışlarda da görə bilərik. Bu ayaqqabılar trend olsa da görünüşü bir o qədər gözəl deyil. Nazik daban ayaqqabıların verdiyi gözəlliyi bu ayaqqabılarda görə bilmərik.

2 комментария: