пятница, 10 августа 2012 г.

Hansını nə ilə geyməli?!.....


Ətəklər hər bir qadının qarderobunun əvəzedilməz elementidir. Hansı ki, heç vaxt dəbdən düşmür və hər zaman xanımların sevimlisi olaraq qalır. Bu il də müxtəlif forma və rəngdə ətəklər dəbdədir. Xanımlar, məncə, bu il cəsarətli şəkildə ətək kombinasiyalarından istifadə etməkdən çəkinməyin! çünki 2012 dəbi buna tamamilə imkan yaradır. İndisə bu mövzuda bəzi kombinasiyaları nəzərdən keçirək. Görək hansı ətək nə ilə və nə cür uyğunlaşdırılmalıdır.

Uzun ətəklər

Uzun ətəklər- Düz, bədənə yapışan və ya daha bol formalı uzun ətəklər hər bir xanımın bədən quruluşunu gözəl göstərə bilər. Bu cür ətəklər nəinki sizlərə incə bel forması yaradır, həmçinin də, boyunuzu azacıq da olsa uzun göstərə bilər. Ən vacib qayda isə odurki, geydiyiniz uzun ətək nə qədər boldursa, o qədər də bel hissəsi yuxarıda olmamalıdır. Aşağı belli bol və uzun ətəklər seçmək lazımdır. Əgər siz bol və işləmələrlə zəngin uzun ətəklər sevirsinizsə, onda bədənə yapışan, qısa və qolsuz koftalar geymeyə çalışın. Eyni zamanda qısa qollu və ətəyin belinə çatacaq pencəklər geyməyə üstünlük verin. Lakin əgər seçdiyiniz ətək sizin fiquranızı gözəl səkildə ortaya çıxarırsa, bu cür ətəklərlə bol və qısa jaketlər, üstü işləməli bol koftalar geyməyə çalışın, qısa olmaq şərtilə. Eyni zamanda, bu cür ətəklərlə siz böyük və gözəçarpan aksesuarlardan istifadə etsəniz şık görünəcəksiniz. ən vacib qaydalardan biri isə odurki, uzun ətək sevən xanımlar, çalışın geydiyiniz kofta və ya pencəklərin uzunluğu bədənin bel hissəsinəcən olsun. 

Qısa ətəklər

Qısa ətəklər- hansılar ki bədənin yuxarı hissəsini əhatə edir.Bu cür ətəklər hər bir xanımın ən güclü silahıdır və ele məhz bu səbəbdən də hər bir qarderobda rast gəlinir. Düzgün seçilmiş qısa ətəklər xanımların möcüzələr yaratmasına səbəb ola bilər. Qısa ətək sevən xanımların nəzərinə!!! Bu cür ətəklərdən istifadə zamanı diqqət etməlisiniz ki, ətəyin üstünə geyəcəyiniz kofta və bluzlar daha bağlı və dekoltesiz olsun. Çünki, əks halda siz şıklığınlızı itirəcəksiniz və xoş olmayan görüntüyə sahib ola bilərsiniz. Beləliklə, qısa ətəklərlə ipək incə və maksimal bağlı bluzlar, toxunma boğazlı sviterlər geyməyə çalışın. Eləcə də, daha geniş köynəklər və koftalar seçin. Əgər qısa ətəklərlə hündürdaban ayaqqabı geyinmək fikrindəsinizsə, daha bəzəkli və dəri elemetlərinə sahib pencəklər seçməyə çalışın.

Karandaş ətək

Karandaş ətək- iş xanımlarının əvəzedilməz ətək formalarından biri olan karandaş ətəklər qadınlara çox şık görkəm verə biləcək elementdir. Qarderoblarımızın əvəzedilməz elementi olan bu cür ətəklər bizlərə çox geniş imkanlar yaradır. Biz karandaş ətəklərlə istənilən koftaları və aksesuarları istifadə etsək də, ciddi iş qadını görüntüsündən azad olamayacağıq. Nəzərdən qaçırmayaq ki, karandaş ətəklər bədənə tamamilə yapışmasına baxmayaraq, çox mükəmməl şəkildə bizim bədənimizin mənfi görüntüsünü aradan qaldıra biləcək bir elementdir. Modaçılar məsləhət görürlər ki, karandaş ətəkləri ciddi yaxalıqlı koynəklərlə, bədənə yapışan uzunboğazlı koftalarla və eləcə də, sviterlərlə geyinmək lazımdır. Lakin bu cür ətəklərlə şık ipək köynəklər, qolsuz ,yaxası düyməli koynəklər geyinə bilərsiniz. Ən vacib detal isə odur ki, bu cür ətəklərlə hündürdaban geyməliniz!!! Yoxsa bu ətəklər öz mahiyyətini itirər.

Cins ətək

Cins ətəklər-illərdən bəri məktəblilərin və tələbələrin ən vacib seçimlərindən biri olub və olmağa da davam edəcəkdir. Cins ətəklər hər zaman xanımları gənc və enerjik göstərən geyimdir. Ona görə də, bu ətəklər gənc xanımların əvəzedilməz seçimidir. Qısa cins ətəklər rəngli və naxışlı kaqotları və eləcə də, uzunboğazlı çəkmələri tələb edir. Həmçinin bu cür ətəklərlə siz yarı açıq görünən boş koftalar geyərək daha cəlbedici görüntü əldə edə bilərsiniz. Uzun və bol cins ətəklər daha retro görüntü yaratmağa imkan verir. Bu cür ətəklər   dəri çəkmələr, ciddi görünüşlü yumşaq dəri pencəklərlə kombin edilə bilər.

Dəri ətəklər

Dəri ətəklər- dəri ətəklər bir neçə ildir artıq dəbdədir və hələ dəbi tərk etməyə hazırlaşmır. Qısa dəri ətəklər şifon bluzlar və dəri pencəklərlə deyiləcək bir ətək formasıdır. Dəri ətəkləri hündürdaban qısa çəkmələrlə və eləcə də, botfordlarla geyinməklə siz isti qış partilərində şıklığınızı sübüt edəcəksiniz. Daha ciddi fasona malik midi dəri ətəkləri konservativ bağlı bluz və jaketlərlə geyinə bilərsiniz. Daha düz və aşağıya doğru açılan formalı ətəkləri siz parlaq rəngli toxunma sviterlərlə və kəmərlərlə, həmçinin sadə ağ rəngli köynəklərlə geyinə bilərsiniz.

 Qırmızı ətək

Qırmızı ətək-Əvvəllər qırmızı ətəkləri xanımların əynində gec-gec görürdük. Lakin son dövrlərin  trend rənglərindən biri olan qırmızı və onun tonları məşhur dizaynerlərin kolleksiyalarında əsas yerlərdən birini tutur. Qırmızı ətəklərə uyğun gedən rəng tonlarından əsas olanları torpaq tonlarıdır. qəhvəyi rəngin daha açıq və tünd tonları, südlü kofe rəng tonu qırmızı ətəklərlə kombin edilə bilər. Bu rənglərdən əlavə son dövrlərin modası icazə verirki, qırmızı rəngi yaşıl, portağal rəngli bluzlarla geyinəsən. Eləcə də, qırmızı ətəkləri göy kolqotkalarla geyinmək dəbə uyğun olar. 







                  

Комментариев нет:

Отправить комментарий