понедельник, 13 августа 2012 г.

Olimpiadanın bağlanış gecəsindəki möhtəşəm geyimlər


80 min nəfərin şahidlik etdiyi olimpiadanın bağlanış gecəsi möhtəşəm görüntülərlə yaddaşlara həkk olundu. Uzun zamandır bütün dünyanın diqqəti London 2012 Olimpiadasına cəmlənmişdi. Elə bu cür möhtəşəm tədbirin bağlanışı onun özü kimi möhtəşəm olmalı idi və oldu. Bu gecədə dünyaca məhşur modellər gözqamaşdıran geyimləri ilə insanları valeh etdilər. Bu mərasimin elə ən gözəl və yadda qalan anı da məhz supermodellərin çıxışı oldu. 
  

Açılışında olduğu kimi bağlanışı da əsrarəngiz olan bu gecə yaddaqalan şoulara ev sahibliyi etdi. Bu gözəl gecədə iştirak edən tamaşaçılar həm musiqiyə, həm də modaya şahid oldular. tamaşaçılar bir daha belə möhtəşəm şou görəcəklərinə inanmaqda çətinlik çəkirlər. İndisə o gecədə iştirak etmək şansına sahib olmayanlara moda şousunun bir hissəsi haqqında məlumat verməyə çalışacam. 


Bu şouda iştirak edən modellər arasında Kate Moss, Lily Donaldson, Naomi Kampbell kimi məşhurlar var idi. Və onların hər biri məşhur dizaynerlərin hazırladığı geyimləri nümayiş etdirdilər. Kate Moss "Alexander McQueen", Lily Donaldson "Vivienne Westwood", Lily Cole "Erdem", Stella Tennant "Christopher Kane" məşhur modaçıların hazırladıqları əsrarəngiz ziyafət geyimlərində gecədə yer aldılar. "İngilis simfonik musiqisi" altında həyata keçən şouda dünyaca məşhur modellər göz qamaşdırdılar və bununla da izləyiciləri valeh etdilər. Bu seremoniyada supermodellər David Bowienin Fashion mahnının sədaları altında səhnəyə çıxdılar və İngilis bayrağını yaratdılar. Geyimləri isə İngilis dizaynerlərinə məxsus idi. 


Naomi Kampbell də Kate Moss kimi məşhur modelyer Alexander McQueen ə məxsus geyimdə çıxış etdi. 


Jourdan Dunn isə Jonathan Saunders imzalı geyimlə və Stephen Jones a məxsus tacı ilə böyük marağa səbəb oldu. Dunnla birgə səhnəyə çıxan David Gandynin kostyumu isə Paul Smith ə məxsus idi. 



                                                  

пятница, 10 августа 2012 г.

Hansını nə ilə geyməli?!.....


Ətəklər hər bir qadının qarderobunun əvəzedilməz elementidir. Hansı ki, heç vaxt dəbdən düşmür və hər zaman xanımların sevimlisi olaraq qalır. Bu il də müxtəlif forma və rəngdə ətəklər dəbdədir. Xanımlar, məncə, bu il cəsarətli şəkildə ətək kombinasiyalarından istifadə etməkdən çəkinməyin! çünki 2012 dəbi buna tamamilə imkan yaradır. İndisə bu mövzuda bəzi kombinasiyaları nəzərdən keçirək. Görək hansı ətək nə ilə və nə cür uyğunlaşdırılmalıdır.

Uzun ətəklər

Uzun ətəklər- Düz, bədənə yapışan və ya daha bol formalı uzun ətəklər hər bir xanımın bədən quruluşunu gözəl göstərə bilər. Bu cür ətəklər nəinki sizlərə incə bel forması yaradır, həmçinin də, boyunuzu azacıq da olsa uzun göstərə bilər. Ən vacib qayda isə odurki, geydiyiniz uzun ətək nə qədər boldursa, o qədər də bel hissəsi yuxarıda olmamalıdır. Aşağı belli bol və uzun ətəklər seçmək lazımdır. Əgər siz bol və işləmələrlə zəngin uzun ətəklər sevirsinizsə, onda bədənə yapışan, qısa və qolsuz koftalar geymeyə çalışın. Eyni zamanda qısa qollu və ətəyin belinə çatacaq pencəklər geyməyə üstünlük verin. Lakin əgər seçdiyiniz ətək sizin fiquranızı gözəl səkildə ortaya çıxarırsa, bu cür ətəklərlə bol və qısa jaketlər, üstü işləməli bol koftalar geyməyə çalışın, qısa olmaq şərtilə. Eyni zamanda, bu cür ətəklərlə siz böyük və gözəçarpan aksesuarlardan istifadə etsəniz şık görünəcəksiniz. ən vacib qaydalardan biri isə odurki, uzun ətək sevən xanımlar, çalışın geydiyiniz kofta və ya pencəklərin uzunluğu bədənin bel hissəsinəcən olsun. 

Qısa ətəklər

Qısa ətəklər- hansılar ki bədənin yuxarı hissəsini əhatə edir.Bu cür ətəklər hər bir xanımın ən güclü silahıdır və ele məhz bu səbəbdən də hər bir qarderobda rast gəlinir. Düzgün seçilmiş qısa ətəklər xanımların möcüzələr yaratmasına səbəb ola bilər. Qısa ətək sevən xanımların nəzərinə!!! Bu cür ətəklərdən istifadə zamanı diqqət etməlisiniz ki, ətəyin üstünə geyəcəyiniz kofta və bluzlar daha bağlı və dekoltesiz olsun. Çünki, əks halda siz şıklığınlızı itirəcəksiniz və xoş olmayan görüntüyə sahib ola bilərsiniz. Beləliklə, qısa ətəklərlə ipək incə və maksimal bağlı bluzlar, toxunma boğazlı sviterlər geyməyə çalışın. Eləcə də, daha geniş köynəklər və koftalar seçin. Əgər qısa ətəklərlə hündürdaban ayaqqabı geyinmək fikrindəsinizsə, daha bəzəkli və dəri elemetlərinə sahib pencəklər seçməyə çalışın.

Karandaş ətək

Karandaş ətək- iş xanımlarının əvəzedilməz ətək formalarından biri olan karandaş ətəklər qadınlara çox şık görkəm verə biləcək elementdir. Qarderoblarımızın əvəzedilməz elementi olan bu cür ətəklər bizlərə çox geniş imkanlar yaradır. Biz karandaş ətəklərlə istənilən koftaları və aksesuarları istifadə etsək də, ciddi iş qadını görüntüsündən azad olamayacağıq. Nəzərdən qaçırmayaq ki, karandaş ətəklər bədənə tamamilə yapışmasına baxmayaraq, çox mükəmməl şəkildə bizim bədənimizin mənfi görüntüsünü aradan qaldıra biləcək bir elementdir. Modaçılar məsləhət görürlər ki, karandaş ətəkləri ciddi yaxalıqlı koynəklərlə, bədənə yapışan uzunboğazlı koftalarla və eləcə də, sviterlərlə geyinmək lazımdır. Lakin bu cür ətəklərlə şık ipək köynəklər, qolsuz ,yaxası düyməli koynəklər geyinə bilərsiniz. Ən vacib detal isə odur ki, bu cür ətəklərlə hündürdaban geyməliniz!!! Yoxsa bu ətəklər öz mahiyyətini itirər.

Cins ətək

Cins ətəklər-illərdən bəri məktəblilərin və tələbələrin ən vacib seçimlərindən biri olub və olmağa da davam edəcəkdir. Cins ətəklər hər zaman xanımları gənc və enerjik göstərən geyimdir. Ona görə də, bu ətəklər gənc xanımların əvəzedilməz seçimidir. Qısa cins ətəklər rəngli və naxışlı kaqotları və eləcə də, uzunboğazlı çəkmələri tələb edir. Həmçinin bu cür ətəklərlə siz yarı açıq görünən boş koftalar geyərək daha cəlbedici görüntü əldə edə bilərsiniz. Uzun və bol cins ətəklər daha retro görüntü yaratmağa imkan verir. Bu cür ətəklər   dəri çəkmələr, ciddi görünüşlü yumşaq dəri pencəklərlə kombin edilə bilər.

Dəri ətəklər

Dəri ətəklər- dəri ətəklər bir neçə ildir artıq dəbdədir və hələ dəbi tərk etməyə hazırlaşmır. Qısa dəri ətəklər şifon bluzlar və dəri pencəklərlə deyiləcək bir ətək formasıdır. Dəri ətəkləri hündürdaban qısa çəkmələrlə və eləcə də, botfordlarla geyinməklə siz isti qış partilərində şıklığınızı sübüt edəcəksiniz. Daha ciddi fasona malik midi dəri ətəkləri konservativ bağlı bluz və jaketlərlə geyinə bilərsiniz. Daha düz və aşağıya doğru açılan formalı ətəkləri siz parlaq rəngli toxunma sviterlərlə və kəmərlərlə, həmçinin sadə ağ rəngli köynəklərlə geyinə bilərsiniz.

 Qırmızı ətək

Qırmızı ətək-Əvvəllər qırmızı ətəkləri xanımların əynində gec-gec görürdük. Lakin son dövrlərin  trend rənglərindən biri olan qırmızı və onun tonları məşhur dizaynerlərin kolleksiyalarında əsas yerlərdən birini tutur. Qırmızı ətəklərə uyğun gedən rəng tonlarından əsas olanları torpaq tonlarıdır. qəhvəyi rəngin daha açıq və tünd tonları, südlü kofe rəng tonu qırmızı ətəklərlə kombin edilə bilər. Bu rənglərdən əlavə son dövrlərin modası icazə verirki, qırmızı rəngi yaşıl, portağal rəngli bluzlarla geyinəsən. Eləcə də, qırmızı ətəkləri göy kolqotkalarla geyinmək dəbə uyğun olar. 







                  

вторник, 7 августа 2012 г.

Olimpiadanın dizaynerləri

Son gunlərin ən diqqətçəkən hadisəsi 2012 London Olimpiadasıdır. Bir xanım olaraq mənim diqqətimi komandaların açılışda geyindikləri formalar çəkdi. Müxtəlif ölkələrin formalarını məşhur dizaynerlər hazırladı. Düşünürəm ki, bu xəbər sizin üçün də çox maraqlı olacaq. İndisə gəlin olimpiadanın ən maraqlı geyimləri ilə tanış olaq.

                                                                     AZƏRBAYCAN

İlk öncə öz millimizin geyimi ilə tanış olaq. Azərbaycan Olimpiadada Ermanno Scervino kimi məşhur bir dizaynerin hazırladığı geyimlə açılışda iştirak etdi. Millimizin geyimində istifadə olunan rənglər idman geyimi üçün seçilmiş ideal rənglərdir.


     İTALİYA

İtaliyan idmançılarını gözlənildiyi kimi Girgio Armani geyindirdi. Bunun üçün Armani EA7 Olympics adlı kolleksiya hazırladı. O bu kolleksiyada açılış geyimi, idman kostyumu və hətta aksesuar-çanta da təqdim etdi. Armani kolleksiyanı tünd goy və ağ rənlərdən istifadə edərək hazırladı.


       ABŞ

Amerikan idmançılarının da geyimi rəğbət qazanan geyimlər içərisində yer almışdır.Amerika millisini onların sevimli modaçıları olan Ralph Lauren geyindirdi. Amerikan idmaçıları üçün hazırladığı kolleksiyada Loren bütün xırdalıqları düşünmüşdür. O, eynəkləri, qalstukları və hətta dəsmalları da hazırlamışdır. Bu kolleksiya üçün seçilən rənglər ağ, qırmızı və göydür. Hər şey mükəmməl olsa da, bir skandal mövzusu idman geyimlərinin etiketində Made in China yazılması oldu.


   BRİTANİYA

Ev sahibləri olan Britaniyalıların olimpiadada geyinəcəkləri geyimləri onların sevimli modaçıları olan Stella McCartney hazırladı. Stella McCartney və Adidasın iş birliyindən zövqlü geyimlər hazırlandı. Geyimdə McCartney zümrüd yaşılı, ağ və qara rənglərdən istifadə etdi. Britaniya millisi üçün hazırlanan geyimlərdə Stella, təbii olaraq, əfsanəvi Britaniya bayrağından ilham almışdır. Lakin bu kolleksiyada qırmızı rəngin yer almaması patriot Britaniyalılar tərəfindən heç də yaxşı qarşılanmadı.


İSPANİYA

İspaniya və Rusiya millisinin geyimlərini Bosco modalar evi hazırladı. Lakin İspaniya bu mövzuda skandala imza atdı. İspaniya hakimiyyəti geyimlərin İspan yox Rus kompaniyası tərəfindən tikilməsini qəbul etmək istəmədilər. Halbuki, Bosco brendinin adını dünya arenasında tanıtdırmaq üçün millinin geyimlərini pulsuz hazırlamağı qəbul etmişdi. 


RUSİYA

Rusiya millisini artıq birinci dəfə deyilki Bosco geyindirir. Kolleksiyanın rəngləri qırmızı və ağ olaraq seçilmişdir. Kolleksiyanın hazırlanması zamanı Bosco 60 a qədər xırda detalı unutmadı. O, komanda üçün lazım ola biləcək papaq, dəsmal, xalat kimi aksesuarları unutmadı. 





                                          

воскресенье, 5 августа 2012 г.

Sarah Jessica Parker...

Sarah Jessica Parker bizə "Sex and Big city" serialı ilə özünü daha yaxından tanıtdı. sonralar bu ssenari əsasında çəkilən film böyük kütlə tərəfindən izlənildi. Sarah Jessica Parker çox istedadlı aktrisa olmaqla yanaşı stil ikonası kimi də tanındı. onun zövqlü geym seçimləri insanlarda daha çox maraq oyatdı. Artıq bu məhşur aktrisa özü öz geyim seçimi ilə moda dünyasına yeniliklər gətirə biləcək bir xanıma çevrilib. İstər Azərbaycan xanımları, istərsə də bütün dünya xanımları Sarah Jessica Parkerin geyim tərzini yaxından izləyərək düzgün seçimlər edirlər.


                                                                     Antonio Berardi


   Valentino Couture 2012


48 yaşlı bu məhşur xanım uşaq yaşlarından artıq incəsənətə böyük maraq göstərib. O, kiçik yaşlarından rəqs və baletlə məşğul olmusdur. o Brodvey səhnələrində iştirak etmişdir kiçik vaxtlarından. Elə bu cür istedada malik kiçik qızcığaz uşaq yaşlarından gələcəkdə çata biləcəyi uğurların ilk addımlarını atırdı. Aktrisa film ulduzu olmaqla yanaşı teatr aktrisası olaraq da tanınır. O, bu yolda çoxlu mükafatlara da layiq görülmüşdür.


Burberry 2010 show


Oscar de la Renta

Parkerin ulduzluq həyatının əsas gunləri NBO kanalında efirə gedən "Sex and Big city" serialdan sonra başladı. Güclü və sərbəst qadınlardan bəhs edən bu serialda göstərdiyi performans bu xanımı hər kəsin sevimlisinə çevirdi. Bu filmdəki rolu Parkerə "Qızıl Qlobus", "Emmi" kimi mükafatlar qazandırmaqla bərabər ona böyük məşhurluq bəxş etdi. 19 may 1997-ci ildə Matthew Brodericklə ailə həyatı quran Sarah Jessica Parker 2002 ci ildə David adlı oğlunu dünyaya gətirdi. 


Həyat yoldaşı və oğlu ilə

Xanım Parker aktrisalıq həyatı ilə yanaşı fəal bir xanımdır. O, bir çox xeyriyyə işlərilə də məşğul olur. Sarah Jessica Parker UNİCEF in üzvidir həmçinin də Hollivud qadın siyasi komitəsinin də üzvidir.
Bu gözəl xanım öz zövqlü seçimləri ilə dünya qadınlarını valeh edir. O bir çox məşhur modacılarla birgə çalışır. Müxtəlif brendlərin geyimlərini ən gözəl şəkildə nümayiş etdirən bu xanım öz stili ilə dizaynerlərin də rəğbətini qazanır.


Lanvin


Ferragamo çanta


Elie Saab-after party "sex and big city"


Olduqca çox gecələrə, partilərə və digər bu kimi galalara qatılan bu xanım öz şık ziyafət və gecə geyimləri ilə diqqəti cəlb edir. Parkerin gündəlik həyatdakı seçimləri də bir çox insanların diqqətini cəkir. Xanım Parker gündəlik həyatda olduqca sadə geyinsə də, qeyri adilik etməyi unutmur.


Oğlunu məktəbə apararkən



Ümid edirəm ki, milyonların sevimlisi olan bu aktrisa haqqındakı məlumat sizə maraqlı olacaq...










                                                     

2012 canta modelleri

2012 canta modellərinə diqqət yetirmək istəyənlər üçün super xəbərimiz var. məşhur brendlərin 2012 canta modellərinə baxsaq görərik ki bu il qeyri adi modellər göz önünə çıxır. Həm rənglərdə, həm də dizayn baxımından bu il daha gözəçarpan və rəngarənk modellər üstünlük təşkil edir. Gəlin bir neçəsilə tanış olaq:
LOUİS VUİTTON 2012 


BURBERRY 2012


GUCCİ 2012


CHRİSTİAN LOUBOUTİN 2012

Gördüyümüz kimi çanta modellərində bu il pastel, torpaq tonları da ustunluk təşkil ediblər. Əslində bu cür tonlar modacıların əvəzedilməz rəngləridir. biz bu tonları hər ilin canta ayaqqabı kolleksiyalarında görürürk və məncə bu hec vaxt dəyişilməyəcək. lakin 2012 lolleksiyalarında gözəçarpan əlvan rənglərə də rast gəlirik


CHRİSTİAN LOUBOUTİN 2012



PRADA 2012


DİOR 2012


CHLOE 2012

Gördüyünüz kimi 2012 çanta dəbində əlvan rənglər da vardır və bu cür rənglərə təbii ki əsasən biz yaz yaz kolleksiyalarında rast gəlirik. bu dəyişməz olaraq qalmaqdadır. Mənim fikrimcə 2012 çantaları həm rəngləri, həm də dizaynları ilə bir çox xanımın zövqünü oxşayır.