четверг, 2 августа 2012 г.

Hündürdaban ayaqqabılar haqqında maraqlı rəvayətlər.

1. Rəvayətə görə keçmiş zamanlarda bir çəkməçi var imiş. Çəkməçi gecələri səhərədək işləyib ailəsini dolandırmaq üçün çörək pulu qazanırmış. Gecələrin birində işləyən ərini narahat etməməkçün ayaqlarının ucunda mətbəxə keçən çəkməçinin həyat yoldaşı özü də bilmədən əsrlər boyu xanımların gözəlliklərini vurğulamaq vasitələrindən biri olan hündürdaban ayaqqabıların yaranmasına səbəb oldu, belə ki, pəncələri üzərində gəzən qadının divara düşən kölgəasi çəkməçini valeh etdi və o hündürdaban ayaqqabı yaratmaq xəyalına düşdü.
2.Deyilənə görə, hündürdaban ayaqqabıların gözəllik məqsədilə istifadə olunduğu tarix 1533-cü ilə təsadüf edir. Onun yaradıcısının Leonardo da Vinci olduğu iddia edilir.Belə ki, Florensiyanın tanınmış ailələrindən olan Medicislerin qızı Ketrin məşhur ailələrdən birinin oğlu ilə ailə həyatı qurmağa hazırlaşırmış. Ketrin nərmənazik və balaca bir qız idi və bu toy mərasimində gözəgəlimli görunmək istəyirdi. Ailə bu məsələni həll etmək üçün bir çox yollar aramağa başlayır. Və  çarəni Leonardo da Vinçi tapır. Çıxış yolu onun düşündüyü hündürdaban ayaqqabı olur. Və beləliklə Ketrinin valehedici görünüşündən təsirlənən digər qadınlar da hündürdaban ayaqqabıdan istifadə etməyə başlayırlar. Bununla da o dövrlərdə hündüraban ayaqqabı kübarlıq göstəricisi hesab olunur və yüksək təbəqə xanımlarının istifadə etdiyi aksesuara çevrilir.
3. başqa bir rəvayətə görə hündürdaban ayaqqabıları ilk dəfə Misirdə qəssablar geyinməyə başlayıblar. Onlar ayaqlarını qana batmaqdan qorumaq məqsədilə bundan istifadə edirmişlər.
4. Moğol atlıları isə üzəngidən daha rahat istifadə etmək üçün ilk dəfə hündürdaban ayaqqabılara ehtiyac duymuşlar.


Комментариев нет:

Отправить комментарий