пятница, 3 августа 2012 г.

2013-ün cəsarət sevən trendi-XXL


                                                          Alexandr Mcqueen 2013


Biz hər zaman bədənimizə tam oturan geyimləri sevirik. Lakin 2013 trendi bizi bu fikirdən kənarlaşdırmağa çalışacaq. Qeyri-adiliyi sevən tanınmış brendlərin dizaynerləri moda tarixinə yenilik gətirdilər. Belə ki, önümüzdəki il XXL geyinmə trendi ilə tanış olacayıq.
 2012-2013 payız-qış kolleksiyasında olan geyimlər sözün əsl mənasında böyükdürlər.
 XXL dəbinə uyğun geyinmək istəyən xanımlar bədən ölçülərindəndən iki dəfə böyük geyimlərə üstünlük verməlidirlər. Xüsusilə də şalvar, palto, jaket seçərkən buna diqqət etməlisiniz. Burada sizin üzərinizə düşən əsas iş XXL geyimlərdə şık və "stylish" görünməyi bacarmaqdır.
Stella McCartney


Chanel

Şəkillərdə də gördüyünüz kimi üst geyimlərdə bu dəb daha çox özünü göstərir. Bu üst geyimlərinin XXL olmasına baxmayaraq sizi çox şık gəstərəcəyindən əmin olun. Bunun üçün sadəcə düzgün seçim etməyiniz kifayətdir. Jil Sanderin paltoları sizlərə qadınsı və şık görüntü verəcəkdir. Gucci ve Moschino'da isə üst geyimlərdə hərbi detallar gözə çarpır.

Stella McCartney

MaxMara

MaxMara

Böyük geyimləri jaket, pencək və digər üst geyimlərdə də fərqli şəkildə görürük. Qabarıq formalı iri qollar, assimetrik kəsimlər və iri ölçülü yaxalar 2013-ün trendidir. Balenciaga, Chloe ve Portsun 1961-ci il dəki kolleksiyalarında biz bu detallara rast gələ bilərik.


Sportmax

St.John
Belə böyük ölçülü şalvarları geyinməyə hazır olduğumuzu düşünməsək də dəb bu barədə çox iddialıdır. Çox gümanki məşhur brendlərin dizaynerləri bizi bu barədə öz şık kolleksiyaları ilə bizim bu barədə olan komplekslərimizi aradan qaldıracaqlar. Maraqlananlar St.John, Sportmax, Robert Verino ve MaxMara -nin 2012 payız kolleksiyasına nəzər yetirə bilərlər.

XXL GEYİNMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!!!
Vəhdət yaratmaq üçün üzərinizdə yalniz bir böyük ölçülü geyim olmasına diqqət yetirin. Məsələn böyük ölçülü geyimlə dar bir ətək və ya şalvarla geyinin.
Diqqəti XXL geyimə yönəltmək üçün aksesuarlardan uzaq durun.

Gucci


Dəbin əsas xüsusiyyəti ondadır ki, nə qədər böyük ölçülü geyinsəniz o qədər dəbli görünəcəksiniz. Əgər bu qədər cəsarətiniz yoxdursa kəmərdən istifadə etməkdən çəkinməyin.







1 комментарий:

  1. Heqiqeten maraqlidi,amma sanki bizim qadinlar hemiwe bu trende uyublare. Hemiwe geniw paltolarla dar walvarlari, ya da geniw walvar ve dar kofta, enli kofta ile dar walvar. Heqiqeten de maraqli trendi,yuxarida Gucci numunesini chox beyendim)))

    ОтветитьУдалить