четверг, 2 августа 2012 г.

Güllər və xəttlər





Guprdan olan incə çiçək naxışları hər bir qadını cazibədar mələyə döndərə bilər. Böyük aplikasiyaların seçimi  xanımlar üçün effektiv seçimdir. Lakin çiçəkli gupr sadəcə klassik janrdır. Bu cür geyimlərdə elə aksesuarlar seçmək lazımdır ki, yaratdığınız obraz göz yormasın. Sadə və yorucu olmayan reng tonlarında aksesuarlar istifadə etməyə çalışın. Aksesuar seçimində diqqətli olun. Ön planda aksesuar yox geyim olmalidir.

Çiçəklərdən fərqli olaraq daha qətiyyətli obraz yaratmağa çalışırsınızsa dəqiq həndəsi formalardan və zidd renglərdən istifadə etməyə çalışın. Müxtəlif rəngləri bir kombinasiyada istifadə etsəniz də nəzərə alın ki,3-4  rəngdən artıq istifadə etmək düzgün deyil. Bu rənglərin fonunda itməmək üçün ənlikdən və gözətrafı kölgədən istifadə etməyiniz məsləhət görülür.

Комментариев нет:

Отправить комментарий