понедельник, 13 августа 2012 г.

Olimpiadanın bağlanış gecəsindəki möhtəşəm geyimlər


80 min nəfərin şahidlik etdiyi olimpiadanın bağlanış gecəsi möhtəşəm görüntülərlə yaddaşlara həkk olundu. Uzun zamandır bütün dünyanın diqqəti London 2012 Olimpiadasına cəmlənmişdi. Elə bu cür möhtəşəm tədbirin bağlanışı onun özü kimi möhtəşəm olmalı idi və oldu. Bu gecədə dünyaca məhşur modellər gözqamaşdıran geyimləri ilə insanları valeh etdilər. Bu mərasimin elə ən gözəl və yadda qalan anı da məhz supermodellərin çıxışı oldu. 
  

Açılışında olduğu kimi bağlanışı da əsrarəngiz olan bu gecə yaddaqalan şoulara ev sahibliyi etdi. Bu gözəl gecədə iştirak edən tamaşaçılar həm musiqiyə, həm də modaya şahid oldular. tamaşaçılar bir daha belə möhtəşəm şou görəcəklərinə inanmaqda çətinlik çəkirlər. İndisə o gecədə iştirak etmək şansına sahib olmayanlara moda şousunun bir hissəsi haqqında məlumat verməyə çalışacam. 


Bu şouda iştirak edən modellər arasında Kate Moss, Lily Donaldson, Naomi Kampbell kimi məşhurlar var idi. Və onların hər biri məşhur dizaynerlərin hazırladığı geyimləri nümayiş etdirdilər. Kate Moss "Alexander McQueen", Lily Donaldson "Vivienne Westwood", Lily Cole "Erdem", Stella Tennant "Christopher Kane" məşhur modaçıların hazırladıqları əsrarəngiz ziyafət geyimlərində gecədə yer aldılar. "İngilis simfonik musiqisi" altında həyata keçən şouda dünyaca məşhur modellər göz qamaşdırdılar və bununla da izləyiciləri valeh etdilər. Bu seremoniyada supermodellər David Bowienin Fashion mahnının sədaları altında səhnəyə çıxdılar və İngilis bayrağını yaratdılar. Geyimləri isə İngilis dizaynerlərinə məxsus idi. 


Naomi Kampbell də Kate Moss kimi məşhur modelyer Alexander McQueen ə məxsus geyimdə çıxış etdi. 


Jourdan Dunn isə Jonathan Saunders imzalı geyimlə və Stephen Jones a məxsus tacı ilə böyük marağa səbəb oldu. Dunnla birgə səhnəyə çıxan David Gandynin kostyumu isə Paul Smith ə məxsus idi. 



                                                  

2 комментария:

  1. men baxa bilmdedimee baglanis merasimine amma Zuzu axiinci ekilde ayaqqabi eladi :)

    ОтветитьУдалить
  2. Super... :) Baglanish gozel kechmiwdi, amma ki, meqaleden sonra lap melumatlandim :)

    ОтветитьУдалить